Biz deyirik ki… | Turəxanım Qasımovanın yazısı

      Biz deyirik ki…   | Turəxanım Qasımovanın yazısı
  05 Sentyabr 2023    Oxunub:1718
Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mən 90-cı illəri yaxşı xatırlayıram. Jurnalist olaraq çalışdığım həmin illərdə dəfələrlə hərbi hospitallarda olub cəbhədə yaralanmış əsgərlərdən material yazır, müsahibələr götürürdüm. Əsgərlərin danışdığı hadisələr dəhşətli idi.
Əslində dəhşətli olan o əsgərlərin qarşılaşdığı çətinliklər deyildi, həmin dövrdə vahid komandanlığı olmayan bir ordunun - ordu yox, daha doğrusu, müstəqil qruplaşmalar – başına gətirilən oyunlar idi. Siyasi maraqlar və xəyanətə köklənən oyunlar. Mənim üçün bütün bunları yazmaq çox çətin idi. Çünki hər bir Azərbaycan əsgərinin igidliyinin fonunda ölkənin məğlubiyyət hekayəsi dayanırdı. Bu qara halqa idi.

Məğubiyyət hekayəsi yazıldı, 2020-ci ildə isə o hospitallarda müalicə alan rəşaətli zabit və əsgərlərin oğulları yenə də Qarabağa yola düşdülər. O Azərbaycan başqa idi, məzlum, məğlub və ümidsiz. Yeni Azərbaycan isə inkişaf və qələbə Azərbaycanıdır. Azərbaycan Prezidenti İlham Əliyev ordunun başında idi. Kiçikdən böyüyə qədər hər kəs vahid komandanlıq altında birləşmişdi. Biz onun rəhbərliyi ilə Qarabağa gedirdik. İndi biz ordayıq, vaxtilə ağrı ilə tərk etdiyimiz torpaqlarda.

Əvvəla dünyada son onilliklərdə həll olunmuş münaqişələri demək olar ki, yox səviyyəsinddir. Qarabağ istisna olmaqla. Qısa müddətdə quruculuq-bərpa işlərinin işğaldan azad edilmiş torpaqlarda həyata keçirilməsi demək olar ki, yox səviyyəsindədir. Elə Cənub-Şərqi Avropada ötən əsrin 90-cı illərində baş vermiş proseslər əziyyət çəkən şəhərlər var. Məsələn Sarayevo kimi. Şəhərin müasir şəkillərinə baxarkən görürsən ki, 90-cı illərdəki qanlı hadisələrin izləri hələ də binaların üzərində qalaqdadır. Bəlkə də qəsdən saxlayıblar. Amma hər halda bu izlər var və onlar şəhərin ümumi görünüşünə mənfi təsir göstərir.

İndi Qarabağa baxaq. Burada demək olar ki, hər gün möcüzə baş verir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa hər səfəri yeni və müasir binaların, məktəblərin, ictimai iaşə müəssisələrinin açılışı ilə yadda qalır. Bu, qətiyyətin təntənəsidir, özü də təkcə bir ölkə, bir regionla məhdudlaşmayan qətiyyət. Bu, dünyəvi çağırışdır. Biz beynəlxalq ictimaiyyətə sübut etdik ki, dünya, bəli dünya və onun ayrı-ayrı xalqlarının qurmaq istədikləri, amma heç də hamı üçün əlçatan olmayan beynəlxalq qurumları yenilənməli, dəyişməlidir. Qoşulmama Hərəkatı Azərbaycan Prezidentinin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu yenilənmədən keçdi.

İndi Qoşulmama Hərəkatı deyəndə həm də Azərbaycan nəzərdə tutulur. Vaxtilə Redyard Kiplinq deyirdi ki, “Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç vaxt bir yerdə ola bilməzlər”. Bu fikri Azərbaycan əslində hələ sovet dövründ ikən alt-üst edib. Azərbaycan bütün Şərq və Qərb təfəkkürünün, konfessiyalarının qovuşmaq nöqtəsi olub. Bu gün isə Şərq və Qərbin maraqlı Azərbaycanda toqquşur. Bu maraqlar nə qədər gərginliklə müşahidə edilsə də, yekunda müştərək maraqların formalaşmasının şahidi də oluruq. İndi Qərb başa düşür ki, Azərbaycan regionda söz sahibi, aparıcı dövlət olaraq özü öz siyasətini müəyyən edir. “Humanitar şou” adı altında yenidən Qarabağa soxulmağa çalışan qüvvələr Azərbaycanın iradəsi, Prezident İlham Əliyevin qətiyyəti qarşısında sadəcə məğlub oldular. Özü də sadəcə diplomatiyanın gücü ilə.

Yeri gəlmişkən, Azərbaycan diplomatiyası balansı qoruyub saxlamaq strategiyası baxımından bəlkə də dünyada rəqibsizdir. Bəlkə də elə ona görə bu gün Qərb və Şərq Azərbaycanda görüşür, özünün ümumi maraqlarını burada formalaşdırır. Biz 90-cı illərin ümidsiz ölkəsi, çarəsiz xalqından XXI əsrin qalib xalqına çevrildik. Birləşmiş Millətlər Təşkilatının bəlkə də son illərdə icra edilən yeganə sənədləri elə Qarabağla bağlı 4 qətnamədir. Masada idi, müxtəlif dairələrin konket manipulyasiya obyektinə çevrilmişdi. Bu gün Qarabağ probemi artıq yoxdur. İşğalçılığı aciz separatçılıq əvəz edib və bəzi dairələrin iç üzü artıq bəllidir. Laçın Sərhəd Buraxılış məntəqəsi, Ermənistandan, hətta Fransadan gələn “tırlar” bilirsiniz, nəyi ifadə edir? İkili standartlar və həqiqətin üzə çıxma şkalasını. Əsl həqiqət budur. 30 il belə olub, bu gün də belədir. 90-cı illərdə müəllifi olduğum məqalələrimin sonunda Qarabağa qayıdış arzumu demək olar ki, hər epiloqda qeyd edirdim. İndi o epiloqlar sadəcə keçmişdəki düşüncələrimizi ifadə edir. İndi yeni proloqlar, yeni fəsillər yazırıq.

Maraqlıdır, dünya bu gün Qarabağa, Azərbaycana Laçından girmək istəyir. Axı niyə? Axı bizim suverenliyimiz bu gün həm də Laçından başlanır. Biz deyirik ki, bu giriş beynəlxalq hüquq çərçivəsində, bir ölkənin suverenliyi, ərazi bütövlüyünə zidd olaraq baş verə bilməz. Prezident İlham Əliyev haqlı olaraq Xankəndidə yaşayan erməni əhalisini dəfələrlə Azrbaycan vətəndaşları adlandırıb. Bu halda onlar nəyi və necə çatdırmağı dövlət olaraq özümüz müəyyən etməliyik. Kimsə vasitəçilik etmək istəyir? İstəmirik. 30 il istədik, adına vasitəçi qoyub Qarabağ üzərində sadəcə manipulyasiya etdilər. 30 il istədik, Bakıda bir vəd, İrəvanda isə başqa bir vəd verdilər. İstəyimiz bir idi, vədlər isə çox.

Biz deyirdik Qarabağı qaytarın, Azərbaycanın ərazi bütövlüyünün bərpasında bizə yardımçı olun. Bu xahişimiz, tələbimiz qarşılığında sadəcə bir mənasız vədlər eşitdik. Biz Xankəndinin br addımlığında dayanmışıq. Biz deyirik ki, beynəlxalq hüquqda separatçılıq qatı cinayət hesab olunur.

Bəli, biz deyirik… Prezident İlham Əliyev Qarabağda dünyaya diplomatiyadan əsl ustad dərsi keçir, beynəlxalq təşkilatların yeni və daha güclü, daha etibarlı modelini təqdim edir. İkilistandartlardan uzaq, qərəzsiz, həssas və ədalətli olmaq. Biz öz təcrübəmizə əsaslanaraq deyirik ki, əslində belə olmalıdır. Bu ali nümunədir və Prezident İlham Əliyev bu ali nümunəni təkcə siyasi müstəvidə deyil eləcə də bərpa-quruculuq işlərində önə çəkmiş olur.

Preident İlham Əliyev və Birinci-vitse president Mehriban xanım Əliyevanın Laçın səfərinə bütün bu söylədiklərimi bir daha sübuta yetirir. Laçına qayıdan laçınlıların sevincinin həddi-hüdudu yoxdur. Prezident İlham Əliyev yorulmadan hər bir evə baş çəkir, yeni köçmüş sakinlərin problemləri ilə şəxsən maraqlanır və onları yerindəcə həll edirdi. Ümumiyytlə Prezidentin laçınlılarla görüşünə sakit tərzdə baxmaq sadəcə sakit, emosiyasız baxmaq mümkün deyildi. Bu həmin Laçın idi. 90-cı illərdə unudulmuş, daşı-daş üstündə qalmamış, əhalisi terrora, didərgin həyatı yaşamağa məruz qalmış Laçın. İndi isə Laçın layiq olduğu zirvədədir. Mənə o vaxtlar hərdən elə gəlir ki, Azərbaycanın ən yüksək zirvənə qalxıb bütün dünyanı buradan görmək olar. Bu gün bu fikrimdə yanılmadığımdan əminəm. Qarabağın işğaldan azad edilməsi o zirvənin qarşısındakı bütün maneələri dağıtdı. İndi dayandığımız zirvədən hər şey dəqiq və aydın görünür. Biz bu zirvədən baxıb, bütün dünyaya deyirik ki, hər kəs öz torpağında olmalıdır. Necə ki, biz bundan sonra öz torpaqlarımızda əbədi olacağıq.

Biz deyirik… Çünki söz sahibiyik!


Teqlər: Müəllif   Qarabağ  





Xəbər lenti